Türkmənistan Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Bakıda səfərdə olan bir qrup xarici ölkə seysmoloqu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı stansiyasında olub.

Görüşdə Türkmənistan EA-nın Seysmologiya İnstitutunun direktoru M.Çarıyev, institutun Seysmoloji məlumatların interpretasiyası şöbəsinin rəhbəri G. Çalıyeva, Rusiya EA-nın Yer Fizikası İnstitutunun laboratoriya müdiri A.Y. Sidorin və Panamanın OSOP təşkilatının direktoru Branden Kristensen iştirak edib.

AMEA-nın Seysmologiya İnstitutunun direktoru Qurban Yetirmişli Azərbaycanda seysmoloji stansiyalar şəbəkəsinin genişlənməkdə davam etdiyini, Xəzər dənizində 3 dənizdibi seysmik stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu söyləyib. Türkmənistan təmsilçisi ölkəmizdə bu sahədə əldə edilən uğurları vurğulayaraq Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarının bildirib.

E.Əlosmanqızı
AzNews.az