17:12
(077) 610-22-33

Baş Prokurorluqdan “Binə”dəki zəhərlənməyə rəsmi rəy

  • >
955 17 Sentyabr 2012 14:32 | Siyasət

Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb



Sentyabrın 16-da saat 15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Araz Avia" (Binə) ticarət mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Prokurorluq, Daxili İşlər, Səhiyyə və digər qurumların əməkdaşları gəlmiş, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınıb. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada onlara ilkin tibbi yardım göstərilərək evlərinə buraxılıb. Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilib.

Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq davam etdirilir.

AzNews.az
Bağla X