Konfransda 100-ə yaxın məruzə dinləniləcək Konfransda 100-ə yaxın məruzə dinləniləcək

Bakıda nüvə konfransı

Konfransda 100-ə yaxın məruzə dinləniləcək



Bakıda "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumat AzNews.az-a AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib.

Direktor bildirib ki, noyabrın 21-dək davam edəcək konfransda 100-ə yaxın məruzə dinləniləcək.

Beynəlxalq tədbirdə MAQATE nümayəndəsi, Türkiyə, Qazaxistan, Özbəkistan, Polşa təmsilçiləri iştirak edəcək. Nüvə proqramı ilə dünyanın diqqət mərkəzində olan İranın dövlət səviyyəsində bu tədbirdə iştirakı gözlənilmir. Bununla yanaşı AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru A.Qəribovun İrandan olan 4 dissertantı tədbirə qatılacaq.

E.Əlosmanqızı
AzNews.az