ABŞ Yaponiyada yeni Havadan Müdafiə Sistemləri qurur ABŞ Yaponiyada yeni Havadan Müdafiə Sistemləri qurur

Çin-Yaponiya gərginliyinin pərdəarxası

ABŞ Yaponiyada yeni Havadan Müdafiə Sistemləri qurur

ABŞ-la Yaponiya arasında yeni Havadan Müdafiə Sistemlərinin qurulması ilə bağlı razılaşma əldə olunub. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, razılaşmanı Pentaqon şefi Leon Panetta imzalayıb.

Rəsmi Tokio da bunu təsdiqləyib. Razılaşma ilə bağlı açıqlamada çox absurd səbəb göstərilib. ABŞ və Tokio bildirib ki, Havadan Müdafiə Sistemləri Avropa balistik raketlərindən müdafiə məqsədilə qurulur. Bundan əlavə, açıq şəkildə qeyd edilir ki, yeni sistemlər Çinə və onun hərbi hava qüvvələrinə qarşı yönəlməyib.
Bəzi məlumatlara görə, ABŞ eyni sistemləri Yaponiyadan sonra Filippində quraşdırmağı planlaşdırır.

Ancaq Rusiyadakı hərbi ekspertlər tam fərqli fikirdədir. Geopolitika Akademiyasının prezidenti Leonid İvaşev hesab edir ki, yeni Havadan Müdafiə Sistemlərinin Yaponiyada quraşdırılması Çin və Rusiya əleyhinə yönəlib. Məqsəd hər iki dövlətin regional hərbi statusunu zəiflətməkdir.

Onun sözlərinə görə, Yaponiya ilə Avropa dövlətləri arasında heç bir hərbi qarşıdurma olmadığından, balistik raket təhlükəsi də ola bilməz. Bundan əlavə, İvaşev Şimali Koreyanın da təhlükə kimi göstərilə bilməyəcəyini deyib, səbəb kimi isə bu dövlətin qitələrarası balistik raketlərə malik olmamasını göstərib.

İvaşev indiki vəziyyətdən narahatlığını da gizlətməyib və qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr mərhələli olaraq Cənubi Şərqi Asiya regionuna keçir. Bu isə o deməkdir ki, ABŞ tam rəqibsiz dünya qurmaq yönündə qətiyyətli və çox təhlükəli oyuna girişib. Bunun sonu 3-cü dünya müharibəsi də ola bilər.

Sadiq
AzNews.az