Aksiyada Qondarma respublikanın müstəqilliyinin tanınması da tələb olunacaq Aksiyada Qondarma respublikanın müstəqilliyinin tanınması da tələb olunacaq

Ermənilər İlham Əliyevin Fransa səfərinə etiraz edəcəklər

Aksiyada Qondarma respublikanın müstəqilliyinin tanınması da tələb olunacaq



Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Fransaya səfəri ilə bağlı Fransa erməniləri böyük etiraz aksiyası keçirməyə qərar verib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, aksiya sabah Fransadakı Azərbaycan səfirliyi qarşısında təşkil olunacaq.

Fransa ermənilərinin nümayəndəsi və aksiya təşkilatçılarından olan Hraç Varzapetyan bildirib ki, onlar ilk olaraq Ramil Səfərovun ekstradisiyasına və onun prezident İlham Əliyev tərəfindən əfv olunmasına etiraz edəcəklər. Bundan əlavə, bildirilir ki, aksiyaçılar Fransadan Qondarma Dağlıq Qarabağ respublikasını tanımasını da istəyəcəklər.

Qeyd edək ki, Fransadakı erməni cəmiyyətləri artıq press-relizlər paylamağa başlayıblar. Press-relizlərdə Azərbaycan əleyhinə fikirlər qeyd edilib və Fransadakı ermənilər aksiyaya dəvət olunub.

Sadiq
AzNews.az