Erməni tərəfi Türkiyə mətbuatının ortaya çıxardığı faktı hələlik şərh etməyib Erməni tərəfi Türkiyə mətbuatının ortaya çıxardığı faktı hələlik şərh etməyib

Ermənilər Leninin abidəsindən xaç hazırlayıblar

Erməni tərəfi Türkiyə mətbuatının ortaya çıxardığı faktı hələlik şərh etməyib



Türkiyədəki "Müqəddəs xaç" kilsəsində ermənilərin 2010-cu ildə apardığı yenidənqurma işləri ilə bağlı maraqlı faktlar meydana çıxıb. Belə ki, kilsədə Türkiyə hökumətinin qərarına əsasən 2 il əvvəl aparılan təmir işləri zamanı xaçın hazırlanmasında material çatışmazlığı səbəbindən Leninin bürünc abidəsindən istifadə olunub.

Erməni ustalarına həvalə olunan xaçın hazırlanması üçün anbarda saxlanılan Lenin abidəsi ermənilərin köməyinə gəlib. Erməni tərəfi Türkiyə mətbuatının ortaya çıxardığı faktı hələlik şərh etməyib.

Ötən əsrın 90-cı illərindən Ermənistandakı Lenin abidələri götürülərək əksəriyyəti xarıcı ölkələrə aparılıb. Ağ və qara metaldan hazırlanan abidələr əsasən İrana daşınıb.

E.Əlosmanqızı
AzNews.az