Azərbaycanlılar və türklər Fransada mitinq keçirdi

Sentyabrın 18-də Ermənistanın Parisdəki səfirliyinin binası qarşısında azərbaycanlıların və türklərin iştirakı ilə mitinq keçirilib. Mitinqi Fransada fəaliyyət göstərən Türk Federasiyası təşkil edib. Aksiyanın təkilatçıları arasında Niderland və Almaniyadakı Azərbaycan lobbisinin də olduğu barədə məlumat var. Hollandiyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyət Mərkəzi də tədbirin təşkilində xüsusi rol oynayıb.

Aksiya Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərinə etiraz edən ermənilərin Azərbaycan səfirliyi qarşısında bu günə planlaşdırılan aksiyasına cavab xarakteri daşıyıb.

Ermənilərin qəti etirazlarına baxmayaraq Fransa mətbuatı İlham Əliyevin Fransa perezidenti Fransua Ollandla görüşünün də nəzərdə tutulduğunu vurğulayıb.

E.Əlosmanqızı
AzNews.az