04:51
(077) 610-22-33

Dünya Azərbaycanlıları Konqresi Fransada mitinq keçirəcək

  • >
457 18 Sentyabr 2012 13:34 | Siyasət



Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanın Fransadakı səfirliyi önündə Azərbaycan diasporunun təşkilatçılığı ilə mitinq keçiriləcək. Bu barədə AzNews.az-a hazırda Parisdə səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib.

DAK həmsədrinin bildirdiyinə görə, Azərbaycan diasporunun, həmçinin, Dünya Azərbaycanlıları Konqresi və Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək mitinqə Fransa Türk Federasiyası da dəstək verəcək: "Ramil Səfərovla bağlı olaydan maksimum istifadə etməyə çalışan ermənilərin son günlər apardığı anti-Azərbaycan və anti-türk təbliğatına etiraz əlaməti olaraq keçirilən bu mitinqdə iştirak etmək üçün DAK həmsədrləri olaraq Firudin Pərvizniya və mən hazırda Parisdəyik".

Qeyd edək ki, mitinqdə DAK həmsədri Sabir Rüstəmxanlının çıxışı da nəzərdə tutulur.

Ermənistan mətbuatının sözügedən aksiyanın bu gün səhər saat 08:00-da baş tutduğu haqda məlumatına münasibət bildirən Sabir Rüstəmxanlı bunun tamamilə yanlış olduğunu dedi: "Bu, tamamilə yanlış informasiyadır. Mitinqimiz bu gün erməni diasporunun Parisdəki Azərbaycan səfirliyi qarşısında planlaşdırdığı aksiya ilə eyni vaxta təsadüf edəcək. Ona görə də aksiyamız erməni diasporunun yalan üzərində qurulan təbliğatına cavab kimi də qəbul edilə bilər".

Bahar
AzNews.az
Bağla X