09:26
(077) 610-22-33

“ İslamın məsumluğu” filmi yeni inqilab dalğası yaratdı

  • >
522 19 Sentyabr 2012 07:38 | Siyasət

Misir və Fələstində minlərlə insan “İslamın məsumluğu” filminə görə küçələrə axışdı


Misirdə və Fələstində yeni etiraz dalğası başlayıb. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, aksiyaçılar ABŞ-dan İslamı aşağılayan filmin çəkilişində iştirak etmiş 7 nəfərin təhvil verilməsini tələb ediblər.

Misir qanunvericiliyinə görə isə, həmin şəxslər ölüm cəzasına məhkum edilməlidirlər. Fələstində də analoji aksiyalar keçirilib. Şərqi Yerusəlimdə baş tutan aksiyada yüzlərlə fələstinli iştirak edib.

Onlar İsrail sərhəd buraxılış məntəqələrinə hücum ediblər. İsrail tərəfi isə hücumun qarşısını almaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, filmlə bağlı aksiyalar ilk olaraq Yaxın Şərq ölkələrindən başlasa da, artıq dünyanın müxtəlif güşələrinə yayılıb. Bəzi ölkələrdə isə, filmin yayılmasına etiraz əlaməti olaraq youtube – video paylaşım saytı bağlanıb.

Sadiq
AzNews.az
Bağla X