Ərdoğan və Obama telefonla danışdı

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Bu barədə Türkiyə hökumətindən məlumat verilib. Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, danışıq zamanı regional və qlobal problemlər müzakirə edilib. Tərəflərin əsasən son günlər artan PKK hücumları və "Müsəlmanların məsumiyyəti" filminə görə ABŞ səfirliklərinə qarşı həyata keçirilən aksiyaları müzakirə etdikləri bildirilir.

Aynur

AzNews.az