Prezident İlham Əliyevin Fransa səfərinə ermənilər üsyan etdi - FOTO

Fransa erməniləri prezident İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı etiraz aksiyası təşkil ediblər. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyada 300 Fransa ermənisi iştirak edib.

Fransa erməni icmasının nümayəndəsi Ara Toronyan aksiya ilə bağlı bildirib ki, onlar Qondarma Dağlıq Qarabağ Respublikasının Fransa tərəfindən tanınmasını tələb edib və erməni zabiti Marqaryana ədalət şüarları səsləndiriblər.

Bundan əlavə aksiyada Səfərovun ekstradisiyası ilə bağlı Fransa prezidentindən mövqe bildirməsi də tələb olunub. Nəzərinizə çatdıraq ki, ötən gün Fransadakı Azərbaycan və Türk icması bu ölkədəki Ermənistan səfirliyi qarşısında izdihamlı aksiya keçirmiş və bu ölkə əleyhinə şüarlar səsləndirmişdi.

Sadiq
AzNews.az
image description image description image description