Ordumuzda 12 nəfər intihar edib

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (DJHAM) kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, bu ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 73-dir.

Mərkəzdən AzNews.az-a verilən məlumata görə, ötən müddətdə 70 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 55-i isə qeyri-döyüş itkiləridir. 7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 10 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 9 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 8 nəfər xəstəlikdən dünyasını dəyişib.

12 nəfər intihar edib. Dünyasını dəyişənlərin 66-ı Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

İlkin
AzNews.az