Tibb bacısı: “Konfliktim Teymur Sadıqovla, bir də şöbə rəisim ilədir. Onun ixtisası endekrinoloq deyil, amma bizim şöbə rəisi işləyir” Tibb bacısı: “Konfliktim Teymur Sadıqovla, bir də şöbə rəisim ilədir. Onun ixtisası endekrinoloq deyil, amma bizim şöbə rəisi işləyir”

DİN-in Hərbi Hospitalında tibb bacısı qalmaqal yaratdı - İTTİHAMLAR

Tibb bacısı: “Konfliktim Teymur Sadıqovla, bir də şöbə rəisim ilədir. Onun ixtisası endekrinoloq deyil, amma bizim şöbə rəisi işləyir”


Redaksiyamıza daxil olan məlumata görə, DİN-in Hərbi Hospitalında tibb bacısı kimi çalışan polis serjantı Babaşova Xuraman Şakir qızı işdən kənarlaşdırılıb.

Onun işdən çıxarılması xəstəxanada böyük konfliktə səbəb olub. Qalmaqalın yaranmasına əsas səbəb tibb bacısının öz polis vəsiqəsini lombarda qoyaraq, əvəzində pul alması adı ilə işdən azad olunmasıdır. Haqsızlığa uğradığını düşünən polis əməkdaşı hospitalda böyük səs-küy salıb.

Məsələylə bağlı Xuramanın münasibətini öyrəndik. Sizə telefon danışığının stenoqramını təqdim edirik.

- Atam şəhid olub, anam indi yerdə yatır. Mən ona görə çıxarılmışam ki, guya mən Gürcüstana, Türkiyəyə gedəndə icazə kağızını təqdim etməmişəm. Amma mən kağızı təqdim etmişdim. Hamı bilir ki, prinsipə görə kağızı ortadan itiriblər. Kağızı tək verməmişəm. Mənimlə yanaşı 2 nəfər də verib. Kağızı ortadan yox edib boynuma qoyurlar ki, kağız yoxdur.

- Hansı prinsipdir ki bu münaqişəni yaradıblar?

- Bilirlər ki, mənim heç kimim yoxdur, heç nəyə əlim də çatmır. Məni polis adına nöqsan etməyimə görə çıxarıblar. Amma mən bilmirəm ki, nə nöqsan etmişəm. Hələ də tam başa salmayıblar. Düzdür işdən 135-ci maddə ilə çıxarılımışam.

- Belə məlumat da var ki, polis vəsiqəsini lombarda qoymusuz?

- Xeyr, mən vəsiqəni qoymamışam. Sadəcə anamın vəziyyəti ağır idi, ona görə 1 günlük pul götürmüşdüm. Kim olsa anası üçün belə edərdi. Amma 1 saatdan sonra gedib götürdüm. Vəsiqəni qoyduğum şəxs isə götürüb onu kopya edib, özündə saxlamışdı. Sonra mən onun pulunun yarısı qaytardım yarısı qalmışdı. Hazırda borclu deyiləm. Notarial kontordan hazır alınmış kağız var, mən özümdə saxlamışam.

- Məsələnin kökündə nə dayanır? Sizə niyə haqsızlıq edirlər?

- Bura kimi özüm gəlmişəm. Həkimlərdən də soruşa bilərsiz. Mənim heç bir problemim yoxdur. Sadəcə şöbə rəisi Kazımova Sevincdən başqa, çünki o Teymur Sadıqovla əlbir işləyir. Yeri gəlsə o yerində deyil. Onun ixtisası endekrinoloq deyil, amma bizim şöbə rəisi işləyir. Onun-bunun reseptinə baxmaqla resept yazır. Savad cəhətə qalsa isə məni çıxarmayıblar. Orda Vüsalə xanım, Nigar xanım var, mənim həkimlərim olublar, onlardam soruşa bilərsiz . Şöbə rəisindən başqa, yalnız onun gözü məni götürmür.

- Sizin rəhbər şəxslərdən kiminsə sevgilisi olmağınız barədə məlumat var?

- Xeyr, heç vaxt. Əlaqəm olsa idi məni işdə saxlayardılar.

-İşdən çıxarılmağınızın kökündə yalnız bu durur?

- Əsas onu götürürlər ki, mən Gürcüstana icazəsiz getmişəm. Amma mənim icazəm var idi.

- O zaman hansısa konflikt olub?

Konfliktim Teymur Sadıqovla, birdə şöbə rəisim ilədir. O özü mənə dedi ki, sənin axırına az qalıb və bilirdi ki, mənim əmrim ayın 6-sı verilib. O çox səviyyəsiz hərəkətlər edirdi. Dərman firmalarının karobkalarını xəstələrdən yığmağı xahiş edirdi mən də yığmırdım. Xəstələrə firma dərmanları yazrdı, onun başlarını kəsmək lazım idi, mən də yığmırdım. Ona görə belə oldu.

- Təhdid ediblər sizi?

- Mən onsuzda ora birdə qayıtmayacam. Sonra məni nazirliyə çağırıb ağızlarına gələni deyəcəklər. Mənə lazımdır? Deyəndə ki, mənim atam şəhid olub Teymur deyir ki, "cəhənnəmə olsun, ağlı var olmazdı". Mən deyirəm ki, işləməliyəm mənə deyirlər ki, "neyləyim, qərar verilib, sən işdən çıxmalısan. Bəs mən neyniyim?" Heç kim məni içşə götürmür. Nə var, nə var adımda maddə var deyə. Ayın 2-si mən qəbula getdim, 6-sı məni çıxarıblar. Mənim üstümə şər atmaqla deyil. Gizli kamrea qoyub baxın. Nə hoqqadan çıxırlar orda.

Əminə
AzNews.az