21:44
(077) 610-22-33

Deputatlara Ziyalılar Forumu da qoşuldu

  • >
650 19 Sentyabr 2012 12:39 | Siyasət

Eldar Namazov: "Nigar Yaqublu azadlığa buraxılmalıdır"



"Millət vəkillərinin Nigar Yaqublu barəsində atdığı addımları müsbət qiymətləndirirəm". Bunu AzNews.az açıqlamasında Azərbaycan Ziyalılar Forumunun üzvü Eldar Namazov deyib. O bildirib ki, baş vermiş hadisə əsas vermir ki, təhsilli, gənc fəalı həbsdə saxlasınlar: "Mən də millət vəkillərinin sərgilədiyi mövqeni dəstəkləyirəm. Nigar xanımın müdafiəsi ilə bağlı keçirilən toplantıda iştirak edə bilmədim. Bakıda deyildim. Amma zəng edib, bildirdim ki, qəbul edilən bütün müraciətlərə mənim də adımı daxil etsinlər".

E.Namazov əlavə edib ki, hamı qanun qarşısında bərabərdir. Ona görə də hansısa məqsədlər üçün gənc qızdan istifadə etməməlidirlər: "Bu kökündən yalnış yanaşmadır. Nigar xanım hansı ictimai təhlükə törədə bilər ki, istintaqın gedişinə əngəl olsun? .

Həmin faciəvi hadisə də araşdırılmalıdır. Hər-halda bunun müsbət nəticələnəcəyinə ümid edirik. Azərbaycan hakimiyyətini bunu həll etməyə çağırırıq. Demək olar, belə hadisələr hər gün baş verir. Əsas diqqəti nəqliyyatın idarəetmə sisteminə yönəltmək lazımdır ki, belə hallar olmasın".

İlkin
AzNews.az
Bağla X