Mübariz Qurbanlı: “Müxalifətlə necə danışmışıqsa, elə də etmişik” Mübariz Qurbanlı: “Müxalifətlə necə danışmışıqsa, elə də etmişik”

YAP: “Son variantda “layiqincə” sözü yoxdur”

Mübariz Qurbanlı: “Müxalifətlə necə danışmışıqsa, elə də etmişik”



İqtidar və müxalifət partiyalarının birgə imzaladığı müraciət Avropa Parlamentinə göndərilib. Amma müraciətin mətni barədə qalmaqallı çıxışlar davam edir. Toplantıda iştirak edən müxalifət təmsilçiləri bildirirdilər ki, müzakirələrdə onlar müraciətə bəzi dəyişikliklər təklif ediblər.

Bəyanatda yer alan Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ilə bağlı cümlədəki "layiqincə" sözünün çıxarılmasının təklif edilib. Lakin Mətbuatda yayılan bəyanatın mətnində dəyişiklərin nəzərə alınmadığı görünür.

AzNews.az olaraq, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı ilə əlaqə saxladıq. M.Qurbanlı bildirdi ki, müzakirələr zamanı bütün təkliflər nəzərə alınıb: "Avropaya göndərilən bəyənatın ingilis versiyasında həmin təkliflər qüvvədə qalıb. Bu gün mətbuatda yayılan köhnə variantdır. Mən onun aradan qaldırılmasına çalışacam. Dəqiq deyirəm ki, son variantda "layiqincə" sözü yoxdur. Biz bu məsələ ilə bağlı tərəflərə də informasiya göndərmişik".

M.Qurbanlı qeyd edib ki, bu, ümummilli maraqlar naminə keçirilən görüşdür. Bu maraqlar çərçivəsində görüşlər davam edəcək.

İlkin
AzNews.az