08:41
(077) 610-22-33

Xankəndi aeroportu yenidən gündəmdə

  • >
678 20 Sentyabr 2012 11:45 | Siyasət

Ziyafət Əsgərov: "Ermənistan Xankəndində aeroport açsa, Azərbaycanın müvafiq reaksiyası ilə qarşılaşacaq



Ermənistanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda Xankəndində beynəlxalq aeroport açmasının heç bir hüquqi əsası yoxdur. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.

"Dəfələrlə bununla bağlı mövqeyimizi bildirmişik. Ermənistan da bu açılışa bir neçə dəfə cəhd etsə də, müxtəlif səbəblərdən bunu təxirə salıb. Əgər bu dəfə onlar bu yola getsələr, Azərbaycan tərəfdən müvafiq reaksiya ilə qarşılaşacaqlar", - Əsgərov əlavə edib.

O qeyd edib ki, bununla bağlı Azərbaycan beynəlxalq təşkilatları məlumatlandırıb. "Heç kim Azərbaycanın başı üzərindən belə bir layihə həyata keçirə bilməz", - Milli Məclis rəsmisi deyib.

AzNews.az
Bağla X