19:00
(077) 610-22-33

Ayaz Mütəllibov İlham Əliyevdən danışdı

  • >
805 20 Sentyabr 2012 14:03 | Siyasət

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov hazırki Prezident İlham Əliyevin siyasətini uğurlu hesab edir



"Azərbaycanın fəaliyyətdə olan prezidentinin siyasətini uğurlu hesab edirəm. Ölkənin sosial-iqtisadi inkişafında, beynəlxalq arenada əldə edilən müvəffəqiyyətlər bunu deməyə əsas verir", - deyə A.Mütəllibov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.

Anspress-in məlumatına görə, O həmçinin ölkədə eks-prezident statusuna dair Konstitusiya qanununun qəbulunun vacibliyini qeyd edib. "Azərbaycanın eks-prezidentinin statusu haqqında Konstitusiya qanunun qəbulunu ölkənin demokratikləşməsində vacib amil kimi qiymətləndirirəm. Bu qanun bizi sivil ölkələr ilə bir sıraya daxil edib. Həmin qanun hazırki prezidentə və gələcəkdə bu vəzifəni tutanlara kimsədən ehtiyat etmədən daha cəsarətlə vəzifələrini icra etməyə, həyatın keşməkeşliyindən qorunmağa imkan yaradacaq", - deyə o bildirib.

"Sözsüz ki, mən eks-prezident statusu əldə etdiyimə görə dövlət başçısına minnətdaram. Bu mənim həyatıma və ailəmin mənəvi durumuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərib", - deyə eks-prezident qeyd edib.

Ümummilli lider Heydər Əliyev ilə münasibətlərinə toxunaraq o bildirib ki, hər zaman onun xeyirxah münasibətini hiss edib. "Onun Sovet Azərbaycanının rəhbəri postunda olduğu 13 il ərzində mənim adım 8 il respublika rəhbərinin kadr potensialını təşkil edən ali nomenklaturasına daxil edilib. Bu illər mənim karyera yüksəlişimin əsasını qoyub", - deyə A.Mütəllibov bildirib. "Gizlətmirəm, yenidənqurma dövrünün bəzi xadimlərinin keçmiş sovet ölkəsinin "durğunluq" illəri haqqında fikir söyləyərək insanların o zaman tənbəllik etmələri haqqında təsəvvür yaratmaq cəhdləri məni qəzəbləndirir.

Bu zaman mən Heydər Əliyevin rəhbərliyi altında çalışdığımız illəri xatırlayıram. Bu illəri "durğunluq" kimi adlandırmaq düzgün deyil. Biz fədakarcasına çalışmışıq. Müstəqillik əldə etdikdən sonra respublikaya gərəkli olan bazis həmin illər ərzində formalalaşıb", - deyə o vurğulayıb.

AzNews.az
Bağla X