19:57
(077) 610-22-33

Amerikalı nümayəndələr parlamentdə olublar

  • >
454 20 Sentyabr 2012 15:58 | Siyasət

Bakıda səfərdə olan ABŞ-ın Ohayo ştatının Nümayəndələr Palatasının üzvləri bu gün milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvləri ilə görüşüb.

AzNews xəbər verir ki, nümayəndə heyətini salamlayan Beynəlxalq münasibətlər Komitəsinin sədr münavini Sevinc Fətəliyeva bildirib ki, ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələr dinamik inkişaf edir və iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Onun sözlərinə görə, Azərbaycan ABŞ-la təhlükəsizlik və enerji sahəsində uğurlu əməkdaşlıq edir: "Beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-a hərtərəfli dəsətk verir və bu işdə Azərbaycan töhfəsini verir. Enreji sahəsindəd uğurlu əməkdaşlığın nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında müstəsna rol oynayır".

ABŞ-ın Ohayo ştatının Nümayəndələr Palatasının nümayəndə heyətinə palatanın respublikaçılar çoxluğunun təşkilatçısı Con Adams, palatanın Yollar və vəsaitlər komitəsinin sədri Peter Bek, Ali təhsil alt komitəsinin sədri Klifford Rosenberqer və başqaları daxildir. Nümayəndə heyətinin tərkibində Niaqara Fondunun icraçı direktoru Sərkan Aykan da var.

İlkin
AzNews.az
Bağla X