14:16
(077) 610-22-33

Sərdar Cəlaloğlu qalmaqallı siyasi təklif verdi

  • >
712 21 Sentyabr 2012 08:55 | Siyasət

"İctimai Palatadakı proseslər qabaqcadan proqnozlaşdırılmışdı"



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri hesab edir ki, İctimai Palatadakı (İP) ciddi problemlərin həll edilməsi yollarından biri də İP-nin buraxılması və yeni qurumun yaradılmasıdır.

"İctimai Palata seçki blokuna çevrilə bilər, yəni İctimai Palatadakı ciddi problemi həll etmək üçün yollardan biri İP-ni buraxıb yeni bir qrumun yaradılmasıdır", - bunu açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

İP-də baş verən son proseslərə, o cümlədən istefalara münasibət bildirən ADP sədri qeyd edib ki, İP-dəkı proseslər qabaqcadan proqnozlaşdırılmışdı. O hesab edir ki, seçkilər yaxınlaşdıqca, təkcə İP-də deyil, bütün təşkilatlarda, bütün bloklarda müəyyən problemlər üzə çıxacaq, seçki maraqları qabaracaq. "Ona görə də, İP-dəki prosesləri normal qəbul edirəm, burada qeyri-adi bir şey yoxdu. İctimai Palata həm Müsavat Partiyası ilə AXCP arasındakı fikir ayrılığına görə, həm də bütünlükdə İctimai Palata olduğuna görə bu seçkilərə İP kimi gedə bilməyəcək", - Cəlaloğlu deyib.

İP-də yaranan narazılığa səbəb kimi Yeni Azərbaycan Partiyasının Avropa Parlamentinə ünvanladığı müraciətə müxalifət partiyalarının da imza atmasının göstərilməsinə münasibət bildirən Cəlaloğlu bunların sadəcə bir bəhanə olduğunu bildirib.

"Bunlar bəhanədir, mənə elə gəlir ki, əsas məsələ seçki maraqlarının qabarmasıdır. İkincisi, İctimai Palatanın nə ixtiyarı var ki, Müsavat və AXCP kimi iki partiyanın fəaliyyətinə qiymət versin. Müsavat və AXCP-nin özlərinin bir partiya kimi qurumları, təşkilatları, məclisləri, idarə heyətləri var və onlar da öz qurumlarının iradəsinə uyğun hərəkət edirlər. İctimai Palata bu partiyaları əvəz edə və ya idarə edə bilməz. Yəni, bu baxımdan da deyilən səbəb yalnışdır", - Cəlaloğlu deyib.

Qeyd edək ki, İP-nın 3 üzvü - Pənah Hüseyn, Zəfər Quliyev və Köçəri Nağıbəylinin qurumdan istefa verildiyi bildirilir.

AzNews.az
Bağla X