- Köhnə - Siyasət
- 21 Sentyabr 2012 10:53
- 4 235
Türkiyə Suriyadan təzminat tələb edəcək
Təyyarə ölkənin cənub-şərqində yerləşən Malatya vilayətindəki "Erhaç" aviabazasından havaya qalxmışdı. Türkiyənin Xarici İşlər Nazirliyi beynəlxalq hüquqa uyğun olaraq, vurulan təyyarəyə və həlak olan iki pilota görə Suriyaya təzminat tələbi ilə müraciət etmək niyyətindədir.
Türkiyə Hərbi Prokurorluğunun araşdırmanın yekunları üzrə çərşənbə günü dərc olunmuş məruzəsində deyilir ki, iyun ayında Suriya sərhədi yanında vurulan Türkiyə HHQ kəşfiyyat təyyarəsi Suriyanın HHM raketi ilə vurulub.
Suriya tərəfi təyyarənin vurulub salınması insidentindən sonra bəyan edib ki, uçan aparat Suriya HHM-in zenit artilletiyası atəşi nəticəsində və Suriya hava məkanında məhv edilib.
AzNews.az