12:17
(077) 610-22-33

“Əbu-Bəkr” məscidi açılacaqmı?

  • >
1 579 21 Sentyabr 2012 11:49 | Siyasət

"Məscidin açılması Daxili İşlər Nazirliyinin qərarı ilə mümkündür"



Nərimanov rayonu ərazisində vəhabilərin məscidi kimi tanınan "Əbu-Bəkr" məscidinin fəaliyyətə nə vaxt başlayacağı məlum deyil.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əlinin verdiyi məlumata görə, həmin məscid Nərimanov dini icmasının fəaliyyət göstərdiyi Cümə məscidi olub: "Polis tərəfindən məlum hadisələrdən sonra həmin məscid istintaq müddətində qapadılıb. Ona görə də, məscidin açılması Daxili İşlər Nazirliyini və ya məhkəmə qərarı ilə mümkündür ".

Orxan Əli Şəhidlər Xiyabanındakı Türk məscidi haqqında da məlumat verib: "Türk məscidinin bağlanması orada aparılan təmir işləri ilə əlaqəlidir. Təmir başa çatdıqdan sonra məscid istifadəyə veriləcək".

E. Əlosmanqızı
AzNews.az
Bağla X