21:18
(077) 610-22-33

Millət vəkili: “Dünya alt-üst olacaq”

  • >
1 749 21 Sentyabr 2012 16:45 | Siyasət

"Erməni diasporları güclü təsir imkanlarına malikdirlər"



"Amerika bu cür bəyanatları erməni lobbilərinin təzyiqi ilə verir". Bunu AzNews.az-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ABŞ dövlət katibinin müavini Filip Qordon müsahibəsinə münasibət bildirərkən deyib.

O bildirib ki, ABŞ yaxşı bilirlər ki, Ramil Səfərovun Azərbaycana gətirilməsi və azadlığa buraxılması hüquqi müstəvi də öz həllini tapıb: "Bütün bunlara baxmayaraq, qərb davamlı olaraq Ramil Səfərovun üzərində xoşagəlməz manupulyasiyalar aparmaqdadır.

Bu da erməni diasporunun xoşuna gəlmək və onların arzularını, istəklərini həyata keçirməkdir. Erməni diasporları güclü təsir imkanlarına malikdirlər. Bu həm siyasi proseslərdə, həm də ictimai mühitdə özünü göstərməkdədir".

Millət vəkili qeyd edib ki, Azərbaycan nə ABŞ dövlət departamentinin, nə də digər qurumların buna bənzər açıqlamalarından narahatlıq keçirmir: "Bu məsələdə Azərbaycan prezidentinə arxalanaraq deyə bilərəm ki, narahatlığa heç bir əsas yoxdur. Qərb bizim ən böyük problemimiz olan Qarabağ münaqişəsinin həllində Ermənistanı dəstəkləyir. Bundan böyük narahatlıq nə ola bilər ki? Erməni diasporunun təhriki ilə Azərbaycana qoşun yeridəcəklər? Yoxsa Azərbaycana sanksiyamı tətbiq ediləcəklər? Düşünürəm ki, belə olan halda dünya alt-üst olacaq".

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Filip Qordon "Azadlıq" radiosuna müsahibəsində deyib ki, Bakı və Budapeştin Azərbaycan zabiti Ramil Səfərovun azad edilməsi ilə bağlı açıqlamaları ABŞ rəsmilərini qane etmir: "Vaşinqton Budapeştin Ramil Səfərovu Bakıya verməsi və Azərbaycan hökumətinin onu əfv etməsindən hələ də dərin narahatdır: Qətlə görə mühakimə olunmuş şəxsin mükafatlandırılması Vaşinqtonu sarsıdıb və bu, regionda real təxribatdır".

İlkin
AzNews.az
Bağla X