Əli Əhmədov məktuba imza atan bütün radikal müxalifət və digər partiyalara öz minnətdarlığını bildirib Əli Əhmədov məktuba imza atan bütün radikal müxalifət və digər partiyalara öz minnətdarlığını bildirib

YAP-dan müxalifətə siyasi jest

Əli Əhmədov məktuba imza atan bütün radikal müxalifət və digər partiyalara öz minnətdarlığını bildirib



"Bundan sonra da YAP siyasi partiyalar arasında dialoqu davam etdirmək niyyətindir və zərurət yaranarsa, ciddi problemlə bağlı dialoq təşəbbüsü ilə çıxış edəcək". SalamNews-un verdiyi xəbərə görə, bunu YAP-ın sədr müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov bir neçə gün əvvəl siyasi partiyalar arasında Ramil Səfərovun məsələsi ilə bağlı Avropa Parlamentinə ünvanlanan etiraz məktubunu müsbət qiymətləndirib.

O, məktuba imza atan bütün radikal müxalifət və digər partiyalara öz minnətdarlığını bildirib. "Bu sənəd bir daha sübut etdi ki, siyasi baxışlarından asılı olmayaraq, milli məsələlərdə siyasi partiyalar bir mövqedən çıxış edirlər.

Bu isə dialoq imkanını genişləndirir və biz bundan sonra da bu istiqamətdə dialoquı davam etdirə bilərik", - Əli Əhmədov deyib.

AzNews.az