Ermənilər yenə atəşkəsi pozdu

Ermənistan silahlı qüvvələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəsi pozub. AzNews.az-ın Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen; Berd rayonunun Mosesqerx kəndlərində; Agdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı; Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az