01:05
(077) 610-22-33

Sədr müavini: “Mirmahmud Mirəlioğlu KXCP-ni xırda qrupa çevirdi”

  • >
588 22 Sentyabr 2012 16:20 | Siyasət

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Qaya Əliyevin AzNews.az-a müsahibəsi:

-Qaya bəy, Xəzər Teyyublu sizin hansısa qüvvələrlə yaxınlığınızı və müştəri axtarışında olduğunuzu deyir...

-Xəzər özünü təklif etməkdə olan şəxs görmək həvəsindədirsə, çox yuxarılara boylanmağına ehtiyac yoxdur, yanındakı Mirmahmud Mirəlioğluna dönüb, baxsın, kifayətdir. Bu halda o nəinki özünü təklif etməkdə olan şəxs, hətta bu təklifi dəfələrlə reallaşdırmış və dəfələrlə müştəri tapmış bir şəxs görmüş olacaq. Aşıq gördüyünü çağırar, indi Xəzərin gördüyü də Mirmahmud müəllimdir, o da gördüklərinin qabağına bizim adımızı əlavə edib çağırır. Onun ifadələri Partiya sədrinin səviyyəsini və xarakterini əks etdirir.

-Deyilənə görə, siz Mirmahmud bəyin prezidentliyə namizədliyinə mane olmaq üçün belə addımlar atırsınız...

-Mən Mirmahmud bəyin prezidentliyə namizədliyi kimi qeyri-ciddi məsələlərə münasibət bildirməklə vaxt itirməyin tərəfdarı deyiləm. Amma onu deyim ki, prezidentliyə iddialı olan siyasətçinin siyasi kapitalı onun intellekti, bacarığı, ritorikası, proqramları və s. olmalıdır. Bu parametrlərdə kasadlıq yaşadığı halda tapşırıq əsasında prezidentliyə iddialı olmaq məcburiyyəti olan şəxs təbii ki, biabırçı məğlubiyyətini və düşəcəyi gülünc durumu sığortalamaq üçün indidən bəhanələr tapmaq məcburiyyətindədir. Ona görə də Mirmahmud müəllimin başqa imza ilə dərc etdirdiyi yazılarda qara məni basınca mən qaranı basım prinsipi ilə bizi onun namizədliyinə mane olmaqda günahlandırır. Bir gün Mirmahmud müəllim çıxıb mediaya "Mən prezident seçiləcəkdim, bunlar mane oldu" desə, təəccüblənmərəm.

-"Qaya Əliyev özü getməlidir, ya nizamnamənin tələbinə uyğun olaraq onun barəsində addım atıla bilər" fikrinə münasibətiniz necədir?

- Bunu Xəzər Teyyublu deyib, bilirəm. Xəzər başqa sözlə demək istəyib ki, Qaya Əliyev bizim bazarımızı öldürməsin, çörəyimizə bais olmasın, çıxsın getsin, biz də rahat siyasi ticarətimizi edək. Ona görə də nəyin bahasına olursa olsun, bizi şəxsi ticarət mərkəzi hesab etdiyi partiyadan provakasiyaya çəkib kənarlaşdırmağa çalışır ki, onun siyasi ticarətinə mane olmayaq.

-Axı, sizin partiya iclaslarında iştirak etmədiyiniz deyilir...

-Bu adamlar mənim fəaliyyətimi təftiş etməzdən əvvəl öz fəaliyyətlərinə bir nəzər yetirsinlər. Bu suala cavab versinlər ki, necə oldu ki, KXCP boyda böyük, azman bir təşkilatı xırda merkantilist marginal qrupa çevirildi? Bunu necə bacardılar? Necə oldu ki, belə bir partiyan Elçibəy-Rəsulzadə platformasından çıxarıb, "ağa dedi, sür dərəyə" prinsipi ilə aparıb, "zəhərlənmə" adlanan kukla teatrının səhnəsinə sürüb çıxardılar? Bunları təhlil etsələr, hər şey aydın olacaq.

İlkin
AzNews.az
Bağla X