Zəfər Quliyev: “İsa Qəmbərlə xeyli söhbət etdik”

"Heç vaxt istefadan məqsəd, kiməsə təzyiq üçün istifadə etməmişəm". Bunu AzNews.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər quliyev deyib. O bildirib ki, heç vaxt istefa vermək niyyəti olmayıb.

Amma İctimai Palatada (İP) sentyabrın 19-da keçirilən iclasda bizim mövqeyimiz nəzərə alınmadığına görə, istefa vermək niyyətimi elan etdim: "Həmin gün konsensusa nail ola bilmədik. Mən, Pənah Hüseyn və Köçəri Nağıbəyli istefa verməyə məcbur idik. Bu, ciddi addım idi. Düşündüm ki, artıq, kənara çəkilməyin vaxtıdır. Sonra İsa Qəmbərlə xeyli söhbət etdik. Koordinasiya Şurasının digər üzvləri təşəbbüs göstərdilər, növbədənkənar iclas çağırıldı. Dünənki müzakirə 5 saata yaxın davam etdi. Sonda isə kompromis qərar qəbul edildi. Daha narazılıq üçün əsas qalmadı. 1-2 günlük KŞ-da yaranmış böhranlı vəziyyət aradan qaldırıldı. Hesab edirəm ki, işimizə davam etməliyik".

Qeyd edək ki, İctimai Palata Koordinasiya Şurasının 3 üzvü Pənah Hüseyn, Köçəri Nağıbəyli və Zəfər Quliyev KŞ-nın sentyabrın 19-da keçirilən iclasından sonra istefa vermək istədiklərini elan etmişdilər.

İlkin
AzNews.az