Bakıda avtomobillər toqquşdu

Bu gün Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsində "Hunday" markalı 90 KO 964 dövlət nömrə nişanlı maşın "Reno" markalı 10 FZ 964 taksi ilə toqquşub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur.

Sürücülər arasında yaranan insitdent səbəbindən yol hərəkətində maneələr yaranıb.

Yol patrul xidmətinin hadisə yerinə gəlməsindən sonra sürücülər arasındakı davaya son qoyulub. Yoldakı tıxac aradan qaldırılıb.

Səadət Abbaslı
AzNews.az