Səbəb redaksiyanı su basmasıdır Səbəb redaksiyanı su basmasıdır

“Azadlıq” qəzeti sabah çıxmayacaq

Səbəb redaksiyanı su basmasıdır



"Azərbaycan" nəşriyyatının 9-cu mərtəbəsində yerləşən "Azadlıq" qəzetinin redaksiyasını su basıb. Redaksiyadan AzNews.az-a verilən məlumata görə, dünən gecə paytaxta yağan yağış fəsadlarını nəşriyyat binasında da göstərib.

Səhər işə gələn qəzet əməkdaşları bütün avadanlıqların su içində olduğunu görüblər: "Belə şəraitdə qəzetin bu gün nəşr olunması da sual altındadır". Yaranmış vəziyyətlə bağlı nəşriyyat rəhbərliyinə məlumat verilməsinə gəlincə isə, redaksiya əməkdaşları hələlik belə bir müraciət etməyib: "Bazar ertəsi redaksiyada iş bir qədər gec başlayır. Ona görə də hələlik heç kəsə məlumat verilməyib. Üstəlik bu hadisə ilk dəfə deyil. "Azadlıq" qəzetini gətirib elə bir xarabalığa atıblar ki, problemlər tükənmir".

E.Əlosmanqızı
AzNews.az