Prezident seçkilərinin monitorinqi başlayır

Oktyabrın 11-də Ümumi Yığıncağa hazırlaşan QHT Əməkdaşlıq Alyansı 2013-cü ilin prezident seçkiləri ilə bağlı qərar qəbul edib

QHT Əməkdaşlıq Alyansının ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, seçkilərin demokratik keçirilməsini cəmiyyətimizin əsas inkişaf bazasıdır. Alyans seçki monitorinqini təşkil etmək və aparmaqla, real seçki nəticələrini üzə çıxarmaq və onun bütün qüvvələr tərəfindən qəbul etməsində vətəndaş cəmiyyətinin mövqeyinin ifadəçisi olmaq niyyətindədir. Bununla bağlı xüsusi plan tərtib olunub.

Monitorinqin bütün ölkə üzrə keçirilməsi nəzərdə tutulur. Bu işə Alyansda təmsil olunan bütün QHT-lər, onların üzvləri, Alyansın regional nümayəndəlikləri və mütəxəssislər cəlb olunacaq.

Seçki Monitorinqinin məqsədi ölkədəki real seçki mənzərəsinin tədqiqi və bununla bağlı hesabatların hazırlanması, həmin hesabatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Monitorinq bu ilin oktyabrından gələn ilin noyabrınadək davam edəcək.

İlkin
AzNews.az