Ümumrespublika müşavirəsi keçiriləcək

Sentyabrın 27-də Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) təşkilatçılığı ilə baş tutacaq müşavirədə həmin quruma daxil olan partiyalarla yanaşı, ölkədə fəaliyyət göstərən digər siyasi qüvvələr də dəvət ediləcək

Məşvərət Məclisindən AzNews-a daxil olan məlumatda bildirilib ki, Açıq Cəmiyyət Partiyasının qərargahında baş tutacaq ümumrespublika müşavirəsində ölkədə baş verən siyasi proseslər, prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsi daxilində cərəyan edən hadisələr, eləcə də seçkilərə qədər seçki mühitinin normallaşdırılması istiqamətində siyasi qüvvələrin ata biləcəyi addımlar müzakirə mövzusu olacaq. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin də telefon bağlantısı vasitəsilə müşavirəyə qatılması gözlənilir.

İlkin
AzNews.az