Səbəb Mannheim şəhərinin bir hissəsinin “Türk Rayonu” adlandırılmasıdır Səbəb Mannheim şəhərinin bir hissəsinin “Türk Rayonu” adlandırılmasıdır

Almaniya erməniləri türklərə etiraz etdi

Səbəb Mannheim şəhərinin bir hissəsinin “Türk Rayonu” adlandırılmasıdır



Almaniya Erməniləri Mərkəzi Şurası Mannheim şəhərinin meri Peter Kurtza etiraz məktubu göndərib. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb şəhərin bir hissəsinin rəsmi olaraq "Türk Rayonu" adlandırılması ilə bağlı müzakirələrin aparılmasıdır.

Almaniya erməniləri isə vəziyyəti daha da kəskinləşdirmək üçün nəinki öz adlandıran hətta digər xalqların adında danışmağa başlayıblar.

Etiraz məktubunda qeyd ediblər ki, bu təkcə Almaniya ermənilərinin yox digər xalqların narazılığına səbəb olacaq. Hətta Almaniya erməniləri şəhər rəhbərliyini bu addımdan çəkinməyə də çağırıb və bildirib ki, əks təqdirdə onlar etiraz aksiyaları keçirəcəklər.

Qeyd edək ki, şəhərin bir hissəsinin adının dəyişdirilməsi ilə bağlı müzakirələr bir müddətdir ki, gedir. Təkliflər arasında "Kiçik İstanbul" "Beyoğlu" və "Türk Rayonu" kimi təkliflər var.

Sadiq Musa
AzNews.az