Ancelina Colinin Ankaradakı sirli görüşü üzə çıxdı

Dünyaca məşhur Ancelina Colinin səhhətindəki problemlə bağlı daha bir qalmaqallı məqam mətbuatın gündəminə gəlib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Coli Ankaraya məhz həkimlə görüşmək üçün gəlibmiş. Akrtisanın dünyaca məşhur cərrah Prof. Dr. Yaman Tokat ilə Ankara otelində görüşməyi barədə şaiələr yayılıb. Həkimdən kömək istədiyi bildirilən Ancelina "bu əməliyyat olmasa ölə bilərəm. Nə məsləhət görürsüz?" deyib. Prof. Dr. Yaman Tokat əməliyyatın ciddi olduğunu bildirib.

Səadət Abbaslı
AzNews.az