- Köhnə - Siyasət
- 25 Sentyabr 2012 10:06
- 2 608
XİN:“The New York Times”da dərc olunmuş məqaləni araşdırır
Qeyd edək ki, sentyabrın 21-də ""The New York Times""ın səyahətlər bölməsində Dağlıq Qarabağa səfərə həsr olunmuş məqalə dərc edilib. Müəllif məqalənin sonunda oxucuları bu ərazilərə səfər etməyə çağırıb və qeyd edib ki, Qarabağa getmək üçün müvafiq vizanı Ermənistanda almaq olar. O turistlərə aldıqları vizanı ayrıca vərəqə şəklində pasportun arasına qoymağı məsləhət görüb və bildirib ki, belə olan təqdirdə onlar gələcəkdə Azərbaycana rahatlıqla səfər edə bilərlər.
Xatırladaq ki, Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakının müvafiq icazəsi olmadan səfər etmək qanunsuz sayılır və Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslərin adı Azərbaycan üçün arzuolunmaz şəxslərin siyahısına daxil edilir. Belə şəxslərə Azərbaycana gəlməyə icazə verilmir.
AzNews.az