19:11
(077) 610-22-33

Partiya funksioneri: “Vahid namizədin müəyyənləşdirilməsi vacibdir”

  • >
522 25 Sentyabr 2012 13:07 | Siyasət

"Müxalifət partiyaları arasında bəzi məsələlərə yanaşmada fikir ayrılıqları var. Məncə, bu çox təbiidir. Bunu müxalifət düşərgəsində parçalanma və yaranmış gərginlik kimi təqdim etmək doğru deyil".

Bu sözləri AzNews.az-a açıqlamasında Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə deyib. Onun sözlərinə görə, son günlər mətbuat səhifələrində müxalifət partiyaları arasında aparılan müzakirələrin də əsas səbəbi müəyyən məsələlərə yanaşmada mövcud olan fikir ayrılıqlarıdır: "Bildiyiniz kimi, Avropa Parlamentinin sentyabrın 13-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq YAP-ın hazırladığı müraciətə digər müxalifət partiyalarından fərqli olaraq biz imza atmadıq. Çünki bu məsələyə yanaşmada bizim mövqeyimiz YAP-ın və digər müxalifət partiyalarının mövqeyində fərqlidir".

Ə.Ağazadə qeyd edib ki, partiya sədri İqbal Ağazadə öz müsahibəsində seçkilərdə bir neçə partiyanın iştirak etməyəcəyini deyib: "O, bu fikri həmin partiyaların bugünki siyasəti və davranışına uyğun olaraq söyləyib.

Bir təşkilatda birləşən partiyalar vahid namizəd, vahid komanda müəyyən etmək əvəzinə "prezidentliyə vahid namizəddən danışmamaq haqqında" memorandium imzalayırlar. Bu baxımdan İqbal bəy qənaətində çox haqlıdır. Amma bütün bunlara baxmayaraq 2013 cü il ölkəmiz gələcək taleyi üçün çox əhəmiyyətli bir ildir. Buna görədə birləşmək çox vacibdir və buna ümid etmək olar".

İlkin
AzNews.az
Bağla X