"Məhkəməyə qədər iddialara cavab vermək niyyətində deyilik" "Məhkəməyə qədər iddialara cavab vermək niyyətində deyilik"

Baksell və “CİN Telekom” məhkəmədə

"Məhkəməyə qədər iddialara cavab vermək niyyətində deyilik"



"Biz "Baksell –LTD" MMC olaraq məhkəmə prosesi başa çatana qədər "CİN Telekom" MMC-nin iddialarına cavab vermək niyyətində deyilik. Məhkəmə prosesi başa çatdıqdan sonra qəbul edilən qərardan asılı olaraq məsələni şərh edə bilərik.

İndiki halda məsələ ilə bağlı hansısa şərh verməyimiz prosesin gedişinə təsir kimi qiymətləndirilə bilər". Bu fikir AzNews.az-a "Bakcell-LTD" MMC-nin mətbuat xidmətindən bildirilib.

Sentyabrın sonuna qədər Ali Məhkəmədə keçirilməsi gözlənilən məhkəmə prosesində üçüncü tərəf qismində "Rabitəbank" ASC, "Xalq Bank" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC çıxış edəcək.

Məlumat üçün bildirək ki, "CİN Telekom" MMC "Bakcell-LTD" MMC-yə qarşı agent müqaviləsinin dəyişdirilməsi, maddi və mənəvi zərərin tutulması tələbi barədə iddia irəli sürüb. MMC "Bakcell-LTD" MMC isə öz növbəsində borcun ödənilməsi və ƏDV-nin tutulması tələbi barədə qarşılıqlı iddia qaldırıb.

E.Əlosmanqızı
AzNews.az