10:32
(077) 610-22-33

Rusiyada vəhabi qalmaqalı

  • >
1 060 26 Sentyabr 2012 12:35 | Siyasət

Kazan rəhbərliyi vəhabiliyin yayılmasına şərait yaratmaqda ittiham edilir

Kazanda keçirilən Rusiya şərqşünaslarının 8-ci qurultayında vəhabi qalmaqalı yaşanıb. Orta Asiyadan da nümayəndələrin iştirak etdiyi qurultayda naməlum səbəblərdən vəhabi problemi ilə bağlı kazanlı şərqşünas Rəis Süleymanovun çıxışı ilə yanaşı, özü də qurultay iştirakçıları siyahısından çıxarılıb.

Lakin şərqşünas özü bu barədə qurultaya gələndə xəbər tutub:"Avqustun 18-də mənə qurultayın gündəliyi göndərildi. Orada mənim əcnəbi dini təsirlər mövzusunda çıxışım nəzərdə tutulmuşdu. Mən ciddi şəkildə hazırlaşdım, amma qurultayın açılışına gələndə məlum oldu ki, iştirakçılar siyahısında deyiləm".

Vəhabi təsirinə qarşı ciddi mövqeyinə görə bu münasibətlə üzləşdiyini vurğulayan şəqrşünas bu məsələdə Kazan Şərqşünaslıq və Beynəlxalq Əlaqələr İnstitutunun direkroru Linar Lətipovu ittiham edib.

Rəis Süleymanov uzun müddət Səudiyyə Ərəbistanında işləyən L.Lətipovla yanaşı, bölgə hakimiyyətini də ciddi ittiham edib. Onun sözlərinə görə, hakimiyyət vahabiliyin Tatarıstanda yayılmasına imkan yaradır.

E.Əlosmanqızı
AzNews.az
Bağla X