19:59
(077) 610-22-33

Nalbandyan yenə özünü “ağıllı” yerinə qoydu

  • >
681 26 Sentyabr 2012 14:32 | Siyasət

Qarabağ münaqişəsinin həll olunmamasında Azərbaycanı ittiham etdi



Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan ABŞ-ın Los Anceles şəhərində yerləşən "Qlobal Problemlər "şurasında çıxış edib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, tədbirdə diplomatlar, jurnalistlər , Dövlət Departamentinin təmsilçiləri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Nalbandyan çıxışında Amerika-Ermənistan, Cənubi Qafqazda vəziyyət və Qarabağ probleminə toxunub. Nalbandyan bildirib ki, Ermənistan çox şaxəli siyasi kurs tutub və bütün dövlətlərə qarşılıqlı hörmət və maraqlara söykənən münasibət qurur. Qarabağ problemi ilə bağlı isə, XİN rəhbəri bildirib ki, onlar beynəlxalq ictimaiyyətin "münaqişə sülh yolu ilə həll olunmalıdır" fikri ilə həmrəydir. Erməni XİN rəhbəri ölkəmizi tənqid etməkdən də çəkinməyib. O, bildirib ki, Azərbaycanın hərbi büdcəni artırması və müharibə ritorikası onları narahat edir. Səfərovun azad edilməsini isə, Nalbandyan sülh danışıqlarına zərbə kimi qiymətləndirib.

Sadiq Musa
AzNews.az
Bağla X