09:17
(077) 610-22-33

İlham Əliyev MDU-nun filialının açılışında iştirak edib

  • >
651 26 Sentyabr 2012 14:35 | Siyasət

Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib. AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan prezidentinə və xanımına məlumat veriblər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıb. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.

Azərbaycan prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılmış şəraitlə tanış olublar. Prezident İlham Əliyev, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva mərasimdə çıxış ediblər.
Universitetin müəllim-tələbə heyəti dövlət başçısı və xanımı ilə xatirə şəkli çəkdirib.

Xatırladaq ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli Sərəncamı ilə yaradılıb.

İlkin
AzNews.az
Bağla X