Sevak Minasyan nisyə benzin verməyənlərə atəş açıb Sevak Minasyan nisyə benzin verməyənlərə atəş açıb

Prokuror oğlu silaha əl atdı

Sevak Minasyan nisyə benzin verməyənlərə atəş açıb



Ermənistanın Armavir rayonunda prokuror oğlu ilə yanacaqdoldurma məntəqəsinin əməkdaşları arasında silahlı insident olub. Hadisəyə səbəb Armavir prokurorluğunun əməkdaşının 38 yaşlı oğlu Sevak Minasyanın yanacaqdoldurma məntəqəsindən nisyə benzin almaq istəməsi olub.

Əvvəllər də dəfələrlə bu qayda ilə benzin alan prokuror oğlu etirazla qarşılaşanda buna dözə bilməyərək yanacaqdoldurma məntəqəsinin əməkdaşlarını hədələyib. Daha sonra isə silahını çıxararaq ətrafa atəş açıb. Hadisədən sonra prokuror oğlu yerli polis idarəsinə aparılaraq saxlanılıb.

Yerli sakinlər isə Minasyanın borcunun məbləği barədə lətifələr danışır. Onların sözlərinə görə, Minasyan borclarını ödəsə 35 km uzunluğundakı İrəvan-Armavir yolunu beynəlxalq standartlara uyğun asfaltlamaq mümkündür.

E.Əlosmanqızı
AzNews.az