- Köhnə - Siyasət
- 27 Sentyabr 2012 10:04
- 2 773
Nazir BMT-nin 67-ci sessiyasında iştirak edib
Görüşdə Ahmed Ben Said Jaffare aramsız yağan leysan yağışlarının ölkəsinin iqtisadiyyatına mənfi təsir göstərdiyini, kənd təsərrüfatına və infrastruktura ciddi ziyan dəydiyini qeyd edib. O, Azərbaycan şirkətlərinin Qəmər Adalarında infrastruktur layihələrinin həyata keçirilməsində iştirak imkanlarının nəzərdən keçirilməsini xahiş edib.
Nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Qəmər Adalarındakı vəziyyətlə bağlı üzv dövlətlərə müraciət etdiyini xatırladaraq, Azərbaycanın dəstək göstərməyə hazır olduğunu bildirib. Nazir, eyni zamanda, Qəmər Adalarından olan tələbə və gənc diplomatların Azərbaycan Diplomatik Akademiyasında təhsil almaları üçün imkanların mövcud olduğunu vurğulayıb.
İlkin
AzNews.az