02:28
(077) 610-22-33

BMT-də Rusiya - ABŞ qalmaqalı

  • >
1 466 27 Sentyabr 2012 10:30 | Siyasət

Lavrovun çıxışı zamanı Hillari zalı tərk etdi, Britaniya Baş naziri isə Rusiyanı günahlandırdı



BMT Baş Assambleyasının iclasında Rusiya ilə Qərb dövlətləri daha doğrusu ABŞ arasında qalmaqal yaşanıb. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Yaxın Şərqlə bağlı müzakirələrdə ABŞ Əsəd rejiminin könülü sürətdə hakimiyyətdən getməli olduğunu deyib.

Fransa isə, Azad Suriya Ordusuna dəstək verilməli olduğunu vurğulayıb. Qərb dövlətlərinin bu cür birmənalı və bir birini dəstəkləyən mövqeyi Rusiyanı hövsələdən çıxarıb. Rusiya XİN rəhbəri bir daha bəyan edib ki, onlar Suriya ilə bağlı mövqelərini dəyişməyəcəklər. Vəziyyətin daha da gərginləşməsinə səbəb Britaniya Baş naziri Devid Kemeronun Rusiyanı ittiham etməsi olub.

O, Suriyada azyaşlı, məsum uşaqların öldürülməsinə görə, məsuliyyəti Əsəd rejimini dəstəkləyən dövlətlərin üzərinə qoyub. Daha bir qalmaqallı vəziyyət isə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun çıxışı zamanı yaşanıb. ABŞ Dövlət Katibi Hillari Klinton Lavrov çıxışına başlayandan dərhal sonra nümayişkaranə şəkildə zalı tərk edib. Lavrov isə heç nə olmamış kimi çıxışına davam edərək Qərb və ABŞ-ın ünvanına tənqidlər yağdırıb.

Sadiq Musa
AzNews.az
Bağla X