12:20
(077) 610-22-33

Yaponiya və Çin arasında gərginlik BMT müstəvisində

  • >
446 27 Sentyabr 2012 11:23 | Siyasət

Yaponiya güzəştə getməyəcəyini dedi



Yaponiya Şərqi Çin dənizində yerləşən Senkaku adaları ilə bağlı mövqeyini BMT tribunasından açıqlayıb. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Yaponiya Baş naziri Esixiko Noda bildirib ki, onun ölkəsi Senkaku adalarını suveren ərazisi hesab edir və Çinə heç bir güzəştə getmək niyyətində deyil.

"Bu adalar Yaponiyanın ayrılmaz, tarixi və beynəlxalq hüquqla tanınan ərazisidir. Bu məsələ ilə bağlı heç bir kompromisdən söhbət belə gedə bilməz".

Çin tərəfinin məsələ ilə bağlı reaksiyası isə özünü çox gözlətməyib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Çin Qan Yaponiyanı tarixi faktları və beynəlxalq hüquq normalarını təhrif etməkdə günahlandırıb. "Yaponiya bilərkdən tarixi faktları və beynəlxalq hüququ təhrif edir. Həqiqətləri bilmək üçün sadəcə faşizmə qarşı dünya müharibəsinin nəticələrinə baxmaq kifayətdir".

Çin təmsilçisi həmçinin Yaponiyaya tarixi faktlara daha dəqiq yanaşmağı məsləhət görüb və bildirib ki, bu ölkə Çinin suveren ərazisinə göz tikməklə normaları pozur.
Xatırladaq ki, Çinlə Yaponiya arasında Senkaku adaları ilə bağlı gərginlik ikincinin adaları çinli sahibkardan haqqını ödəyərək almaq istəməsi olub. Çin hökuməti isə sövdələşmənin baş tutmasını suverenliyinə qarşı təhdid kimi qiymətləndirib.

Sadiq Musa
AzNews.az
Bağla X