Rəsul Quliyev: “Azərbaycanda bütün vəzifələr pulla satılır” - EKSKLÜZİV

"Bu məsələ məni heç təəccübləndirmədi. Hələ bir il bundan öncə çıxışımda deputat yerləri 200 min dollardan 2.5 milyon dollara qədər rüşvətlə satılır demişdim".

Bunu AzNews.az-a Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Gülər Əhmədova olayına münasibət bildirərkən deyib.

R.Quliyevin bildirdiyinə görə, Azərbaycanda təkcə deputat deyil, bütün vəzifələr pulla satılır: "Tək deputat yerləri yox, nazirlərdən tutmuş, məktəb direktorunun müavininə qədər bütün vəzifələr satılır. Burada təəccüblü heç bir şey yoxdur".

Bahar RÜSTƏMLİ
AzNews.az