Eldəniz Quliyev: “Baş verən hadisə ölkənin daxili və xarici imicinə ləkə gətirir”

"Gülər Əhmədova olayı bir daha onu göstərdi ki, ölkədə seçki sistemi işləmir. Seçkilərin demokratik keçirilməsi barədə ölkə əhalisinə yayılan informasiyalar yalandır".

Bu sözləri AzNews.az-a Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə Milli Məclisin deputatı Gülər Əhmədova arasında baş verən rüşvət qalmaqalına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aysberqin görünən və görünməyən tərəfləri var: "Bu onu göstərir ki, seçkilərin demokratik keçirilməsi barədə ölkə əhalisinə yayılan informasiyalar yalandır. Burada hər şey aydın olur. Baş verən hadisə ölkənin daxili və xarici imicinə ləkə gətirir. Ölkədə talançılığa son qoyulmalıdır".

İlkin
AzNews.az