"Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli mümkündür” "Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli mümkündür”

Yeni səfir də sülh dedi

"Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli mümkündür”



"Təslim olmamalıyıq, çünki Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli mümkündür". APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar danışıqların dalana dirəndiyinə dair Azərbaycan rəsmi şəxslərinin bəyanatlarını şərh edərkən deyib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bilavasitə danışıqlar prosesində iştirak edir: "Mən danışıqlarda irəliləyişə nail olmaq üçün həmsədrlər və Azərbaycan tərəfi ilə birgə işi davam etdirəcəyəm".

AzNews.az