Davutoğlu: “Suriya ilə müharibə riskini gözə ala bilərik”

Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlu BBC-yə müsahibəsində, bölgə üçün sensasiya sayılacaq fikir səsləndirib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Davutoğlu bildirib ki, Suriyada mülki vətəndaşları qorumaq məqsədilə azad zona yaradılmalıdır və Türkiyə belə bir zonanın yaradılması üçün Suriya ilə müharibə riskini belə gözə ala bilər.

Türkiyə XİN rəhbəri həmçinin bildirib ki, azad zonanın yaradılması Əsədin günahsız insanları öldürməsinə mane olacaq və bizi daha böyük risklərdən azad edəcək. Davutoğlu BMT-ni Suriya ilə bağlı fəaliyyətsizlikdə də ittiham edib. "Vaxt gələcək BMT Baş katibi Suriyaya gedib fəaliyyətsizliyə görə, xalqdan üzr istəməli olacaq".

Sadiq Musa
AzNews.az