Bakıda yeni səfirlik açılacaq

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Karti ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sudanlı nazir BMT Təhlükəsizlik Şurasında ölkəsi ilə bağlı keçirilmiş müzakirələr və qəbul edilmiş qətnamələrdə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və Sudan və Cənubi Sudan arasında əldə edilmiş razılaşma haqqında məlumat verib.

E.Məmmədyarov Sudanla ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib və dost Sudan dövlətində sülh və sabitliyin bərqərar olması üçün dəstəyin davam etdiriləcəyini bildirib.

Sudanın xarici işlər naziri Azərbaycanın artan beynəlxalq nüfuzunu və ikitərəfıi münasibətləri genişləndirmək niyyətini nəzərə alaraq, ölkəsinin gələn ilin əvvəllində Bakıda səfirlik açmaq barədə qərar qəbul etdiyini diqqətə çatdırıb.
Azərbaycanın XİN rəhbəri Sudan hökumətinin bu qərarından məmnun olduğunu və açılacaq səfirliyin ikirtərəflıi əlaqələrə töhfə verəcəyini söyləyib.

İlkin
AzNews.az