Türkiyə Suriyaya etiraz notası göndərdi

Türkiyə Suriyaya etiraz notası verib. Türkiyə mətbuatının məlumatına görə, etiraz notası cümə günü Suriya artilleriya mərmisinin Türkiyənin Şanlıurfa əyələti ərazisinə düşməsi ilə əlaqədar verilib.

Xatırladaq ki, cümə günü Suriyaya aid bir artilleriya mərmisi Şanlıurfa əyalətinin Akçakale ərazisinə düşmüşdü. Xəsarət alanların olmamasına baxmayaraq, bir neçə yaşayış evinə və binasına ziyan dəymişdi.

AzNews.az