- Köhnə - Siyasət
- 2 Mart 2015 16:12
- 2 431
Prezident AŞPA nümayəndə heyətini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZNEWS.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmi vurğulanıb, bu əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.