“Ermənistan bu günə qədər hüquqdan kənar işğalını yürütməklə bərabər, hücumlarını haqlı göstərmək üçün əlindən gələni edir. Təəssüf ki, dünya birliyi bunu görmək istəmir”. “Ermənistan bu günə qədər hüquqdan kənar işğalını yürütməklə bərabər, hücumlarını haqlı göstərmək üçün əlindən gələni edir. Təəssüf ki, dünya birliyi bunu görmək istəmir”.

“Xocalı qətliamını törədənlər azadlıqda gəzir” – Türkiyəli deputat

“Ermənistan bu günə qədər hüquqdan kənar işğalını yürütməklə bərabər, hücumlarını haqlı göstərmək üçün əlindən gələni edir. Təəssüf ki, dünya birliyi bunu görmək istəmir”.


Bu sözləri AZNEWS.AZ-a verdiyi müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili olan İsmail Safi deyib.

İsmail Safinin sözlərinə görə, Azərbaycan bu məsələdə birmənalı olaraq haqlıdır, çünki onun tarixi əraziləri işğal olunub.

- İsmail bəy, hazırda dünyada ciddi proseslər yaşanır. Türkiyə və Azərbaycan bu prosesdə hansı rolu oynayır?

- Bu gün yaşadığımız dünyada ciddi siyasi kataklizmlər müşahidə olunmaqdadır. Yaxın və Orta Şərqdə yaşanan hadisələr narahat etməyə bilməz. Çünki dünyaya sülh lazımdır. Ədalət olmayan cəmiyyətlərdə gərginlik hökm sürməlidir. Ədalət və azadlıq sabitliyin əsas qarantıdır. Türkiyə və Azərbaycan öz maraqlarının qorunması istiqamətində önəmli siyasi mövqe sərgələyir və ciddi addımlar atırlar. Qısa olaraq desək, iki dövlət öz milli təhlükəsizliklərini gücləndirirlər. Bu önəmli faktdır.

- Bu günlərdə Xocalı soyqırımının 23-cü ildönümü qeyd edildi. Sizcə, Xocalı soyqırımını törədənlər və onu həyata keçirənlər niyə hələ də öz layiqli cəzalarını almayıblarlar? Bu yönümdə üzvü olduğunuz Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyası da əlindən gələni edir. Elə soyqırımla bağlı bəyanat verildi, Ermənistanın işğalçılıq siyasəti tənqid edildi...

- Təəssüf edirəm ki, bu qətliamı həyata keçirənlər hələ də azadlıqda gəzirlər. Onlar beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Bu, utancverici bir hadisədir. Xocalıda elə bir vəhşət yaşanıb ki, bunun üstündən yüz illər keçsə belə, bu hadisə unudulan deyil. Türk millətinin yaddaşına həkk olunub. Xocalı bir qətliam, hətta soyqırımdır. Bu, Kiprdə, Muratağada, Bosniyada, Sebiyada olduğu kimi, entik təmizlənmə hərəkatı idi. Yüzlərlə insanımız Xocalıda qətlə yetirildi və hələ də insanların taleyindən xəbər yoxdur. Ermənistanın hücumları nəticəsində bir milyon Azərbaycan türkü yurdunu tərk edib, öz vətənlərində qaçqın həyata yaşayır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 mindən çox insan həlak olub. Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasısı bəyanat yayaraq Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını tələb edib. Bu, beynəlxalq hüququn tərkib hissəsidir.

- Bu gün Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Hətta bölgədə vəziyyəti gərginləşdirir...

- Ermənistan bu günə qədər bu hüquqdan kənar işğalını yürütməklə bərabər, hücumlarını haqlı göstərmək üçün əlindən gələni edir. Təəssüf ki, dünya birliyi bunu görmək istəmir. Amma göz görə-görə insan hüquqları ayaqlar altına düşür. Azərbaycan bu məsələdə birmənalı olaraq haqlıdır. Onun tarixi əraziləri işğal olunub. Qarabağ məsələsinin həlli dünya üçün lazımdır. Bu istiqamətdə fəaliyyətlər güclənməlidir. Hamımız var gücümüzlə, Azərbaycanı müdafiə etməliyik. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Gec-tez ədalət öz yerini tutacaq.

- Azərbaycan-Türkiyə münasibətlərinin hazırki səviyyəsini necə dəyərləndirirsiniz?

- Türkiyə ilə Azərbaycan eyni soy və mədəniyyətin iki güclü damarıdır. Sevincimiz, kədərimiz və ortaq taleyimiz bizi qopması mümkün olmayan bağlarla bağlayır. Bu gün Azərbaycan ilə Türkiyə arasında olan bağlar elə güclü təməllər üzərində qurulub ki, bunu zəiflətmək mümkünsüzdür. Bunu yalnız inkişaf etdirmək lazımdır.

Elnur Eltürk